Məzmuna keç

Ərdoğan Adıyamana gedir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən sonra tikiləcək yeni evlərin təməlqoyma mərasimində iştirak etmək üçün bu gün Adıyaman bölgəsinə gedəcək.

E-huquq.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, mərasimdən sonra Ərdoğan çadır şəhərciklərini ziyarət edəcək və zəlzələdən zərərçəkmişlərlə iftar süfrəsində görüşəcək.

Türkiyə Prezidentinin Ramazan ayı boyunca zəlzələdən zərər çəkmiş vilayətlərə səfərlərini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, güclü zəlzələlərdən zərər çəkmiş 11 vilayətdə ümumilikdə 46 327 mənzilin tikintisinə başlanılıb. Martın 23-dən etibarən isə Ərdoğanın da iştirakı ilə 17 min 902 mənzilin təməli qoyulub.

Eltac Nurullazadə