İsrail Baş naziri Benyamin Netanyahu mübahisəli məhkəmə islahatlarını dayandıracağını açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.
Netanyahu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bu barədə bildirib.
Qeyd edək ki, Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran və məhkəmənin hakimlərin seçiminə təsirini azaldan qanun layihəsi, həmçinin Ali Məhkəmənin Parlamentin qəbul etdiyi qanunları ləğv etmək səlahiyyətini də əlindən almağı nəzərdə tutur. Sözügedən islahatlar böyük etirazlara səbəb olmuşdu.
Lalə Salmanova
