Məzmuna keç

İsveçrə nüvə silahı ilə bağlı risklərin azaldılması üçün çağırış etdi

İsveçrə nüvə silahı ilə bağlı bütün risklərin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün çağırış edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi "Twitter" səhifəsində bəyanat yayıb.

“Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırması ilə bağlı xəbərlərə əsaslanaraq, İsveçrə nüvə silahı ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görməyə çağırır”, – deyə bəyanatda bildirilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

Lalə Salmanova