Məzmuna keç

Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlandı

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 171 min 730 yüksəlib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, Rusiya ordusu son sutka ərzində Ukraynada 570 hərbçi itirib.

Qeyd edək ki, Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 602 tank, 6 966 zirehli maşın, 2 235 operativ-taktiki PUA, 525 reaktiv yaylım atəşi sistemi, 2 653 artilleriya sistemi, 277 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 5 502 avtomobil və tanker, 287 xüsusi texnika, 911 qanadlı raketdən ibarətdir.

Lalə Salmanova