Məzmuna keç

Yaponiyada 6,1 bal gücündə zəlzələ oldu

Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Zəlzələnin episentri Aomori əyalətinin Sakit okean sahillərində 20 kilometr dərinlikdə baş verib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Yeraltı təkanlar İvate, Miyaqi ştatlarında və Hokkaydo bölgəsinin şimalında da hiss edilib.

Lalə Salmanova