Məzmuna keç

Türkiyədə güclü fırtına məscidin minarəsini uçurdu –

Türkiyənin Ərzincan şəhərində güclü fırtına baş verib

E-huquq.az “CNN”ə istinadən xəbər verir ki, fırtına bir sıra dağıntılara səbəb olub.

Belə ki, Akşemsettin məscidinin minarəsi ağacların üzərinə aşıb. Məsciddə namaz qılan şəxslərin dərhal təxliyə olunduğundan hadisə nəticəsində xasarət alan olmayıb.

Bundan başqa fırtına səbəbindən məktəb binası və bir çox mənzillərin damı uçub. Yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəyib.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Lalə Salmanova