İtaliyanın Varese bölgəsində meşəlik ərazidə güclü yanğın baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, güclü küləyin təsiri ilə ətrafa yayılan alov evlərə yaxınlaşıb.
Yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürən, 9 yanğınsöndürən maşını, 2 tanker və yanğınsöndürən təyyarə cəlb olunub.
Yanğın səbəbindən insanlar evlərini tərk etməyə məcbur olub.
Lalə Salmanova
