Reznikov Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının vaxtını açıqlayıb


  • 29 Mart 2023 16:52

"Ukrayna ordusu yaya yaxın əks-hücum əməliyyatlarına başlaya bilər"

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov deyib.

O bildirib ki, əks-hücum əməliyyatları bir neçə istiqamətdə planlaşdırılıb. Reznikovun sözlərinə görə, hücum qərarı həm də hava şəraitindən asılıdır.

"Leopard" tanklarının cəbhədə nə vaxt görünəcəyi barədə suala gəlincə isə nazir, “Onları Baş Qərargahımızın qərarı ilə əks-hücumda görəcəksiniz” - deyə cavab verib.

Lalə Salmanova

Oxşar xəbərlər