Məzmuna keç

Türkiyədə sərnişin avtobusu aşdı, ölən və yaralılar var

Türkiyənin Ərzincan şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

E-huquq.az “Anadoluya” istinadən xəbər verir ki, qarlı hava sürücünün idarəetməni itirməsinə səbəb olub, nəticəsə avtobus Ərzincan-Sivas yolunda aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Lalə Salmanova