Ukrayna Baş Qərargahı: "Rusiya qoşunları son sutkada 5 raket və 25 hava zərbəsi endirib"


  • 30 Mart 2023 13:42

Rusiya qoşunları son sutkada Ukraynaya 5 raket və 25 hava zərbəsi endirib, həmçinin MLRS-dən 30-dan çox hücum həyata keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" səhifəsində məlumat yayıb.

"Xerson vilayətinin Berislav və Donetsk vilayətinin Drujkovka şəhərlərinin infrastrukturuna aviazərbələr endirilməsi nəticəsində dinc sakinlər xəsarət alıb, fərdi yaşayış evləri və mülki infrastruktura ziyan dəyib", - deyə məlumatda qeyd olunub.

Lalə Salmanova

Oxşar xəbərlər