- 11:49
Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopoulos Türkiyəyə səfər edəcək.
E-huquq.az “CNN” ə istinadən xəbər verir ki, Panaqiotopoulos Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə aprelin 4-də zəlzələdən zərər çəkmiş Hataya gedəcək.
Səfər zamanı nazirin zəlzələdən zərərçəkmişləri ziyarət edəcəyi bildirilir.
Daha sonra Nikolaosla Akar arasında təkbətək görüş keçirilməsi planlaşdırılıb.
Lalə Salmanova