Məzmuna keç

Reznikov: “Əks-hücum əməliyyatı üçün Ukraynaya ağır texnika lazımdır”

"Əks-hücum əməliyyatına hazırlıq üçün Ukraynanın ağır texnika və təlim keçmiş hərbçilərə ehtiyacı var".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksey Reznikov Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşdə deyib.

O, nümayəndə heyətini cəbhə xəttində, xüsusən də şimal, şərq və cənub istiqamətlərindəki hazırkı vəziyyət barədə məlumatlandırıb.

"Qərbin hərbi yardımları sayəsində Ukrayna Silahlı Qüvvələri döyüş meydanında irəliləyir. Bununla belə, biz əks-hücum əməliyyatına hazırlaşırıq, ona görə də Ukraynaya ilk növbədə ağır texnika və təlim keçmiş hərbçilər lazımdır. Biz Ukrayna hərbçilərinin hərtərəfli hazırlanmasını istəyirik", – Reznikov bildirib.

Lalə Salmanova