"Luqansk vilayətində düşmən əks-kəşfiyyat rejimini gücləndirib. Yerli sakinləri öz evlərindən çıxarıb, işğalçı qüvvələrin hərbi qulluqçularını orada yerləşdirirlər".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.
Məlumata görə ki, rus hərbçiləri tərəfindən mülki infrastrukturdan və şəxsi mülkiyyətdən öz məqsədləri üçün istifadə edilməsi halları qeydə alınmaqda davam edir.
"Düşmənin canlı qüvvə və texnikasının cəmləşdiyi ərazilərdə işğalçılar əks-kəşfiyyat rejimini gücləndiriblər. Yerli sakinlər yoxlanılır, bəzi yaşayış məntəqələrində mobil rabitə kəsilib. Xüsusən də Luqansk vilayətinin Şçastyanski rayonunun bəzi yaşayış məntəqələrində insanlar Rusiya işğalçı qüvvələrinin hərbi qulluqçularını yerləşdirmək üçün öz evlərindən çıxarılıb”, – məlumatda qeyd olunub.
Lalə Salmanova
