Məzmuna keç

Adanada zəlzələ olub

Türkiyənin Adana şəhərində 3,8 bal gücündə zəlzələ baş verib.

E-huquq.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 09:55-də Saimbəyli rayonu ərazisində qeydə alınan yeraltı təkanların episentri 7 km dərinlikdə olub.

Dağıntı və təlafat barədə məlumat verilməyib.

Lalə Salmanova