Türkiyədə məhkəmə hakimi Necmi Arslan həyat yoldaşı tərəfindən qətlə yetirilib.
E-huquq.az "CNN Türk"ə istinadən xəbər verir ki, hadisə Kadıköydə baş verib.
Belə ki, mübahisə zəmnində hakimin həyat yoldaşı Hande Arslan əvvəlcə onu bıçaqlayıb və üzərinə qaynar yağ tökərək yandırıb. Daha sonra qadın yaşadıqları binanın üçüncü mərtəbəsindən özünü ataraq intihar edib.
N.Arslan hadisə yerində ölüb. Xəstəxanaya çatdırılan H.Arslan isə orada dünyasını dəyişib.
Lalə Salmanova
