Məzmuna keç

Hatayda 4,1 bal gücündə zəlzələ oldu

Türkiyənin Hatay vilayətində 4,1 bal gücündə zəlzələ olub

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 15:34-də Samandağ rayonu ərazisində qeydə alınan yeraltı təkanların episentri 13 km dərinlikdə olub.

Dağıntı və təlafat barədə məlumat verilməyib.

Lalə Salmanova