Məzmuna keç

ABŞ-da qasırğa və tornado qurbanlarının sayı 26-ya çatdı

ABŞ-ın bir neçə ştatında tüğyan edən və tornado ilə müşayiət olunan fırtına nəticəsində ölənlərin sayı 26-ya çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Məlumata görə, 8 ştatı bürümüş təbii fəlakət nəticəsində yaşayış binaları, bir sıra infrastruktur obyektləri, o cümlədən məktəb, kilsə və teatr dağılıb.

Ən çox ölənlər Arkanzas, İndiana və Tennessi ştatlarında qeydə alınıb.

Daha əvvəl CNN təbii fəlakət qurbanlarının 22 olduğunu bildirib.