Türkiyənin Diyarbakır şəhərində avtomobillə yük qatarı toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bismil qəsəbəsində avtomobilin sürücüsü idarəetməni itirərək yük qatarına çırpılıb.
Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Lalə Salmanova
