Türkiyənin Tekirdağ şəhərində iki ailə arasında baş verən silahlı dava faciə ilə nəticələnib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Süleymanpaşa rayonunda baş verən davada 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Davaya səbəb ailələr arasında yaşanan ədavət olub.
Hadisə ilə bağlı 8 nəfər saxlanılıb. Araşdırmalar davam edir.
Lalə Salmanova
