Konqo Demokratik Respublikasında güclü yağışlar səbəbilə torpaq sürüşməsi olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət Şimali Kivu əyalətinin Bulva kəndində baş verib.
Hadisə nəticəsində 19 nəfər həyatını itirib. Ölənlərin sayının artacağı gözlənilir.
İtkin düşənlərin axtarış-xilasetmə işləri davam etdirilir.
Lalə Salmanova
