Məzmuna keç

Papua-Yeni Qvineyada zəlzələ nəticəsində 4 nəfər ölüb

Papua-Yeni Qvineyada ötən gün baş verən 7 bal gücündə zəlzələdə itkilərin olduğu açıqlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi qəzetləri məlumat yayıb.

Hazırki məlumata görə, təbii fəlakət nəticəsində 4 nəfər ölüb, azı 17 nəfər yaralanıb.

300-dən çox evin dağıldığı bildirilib.

Qeyd edək ki, Papua-Yeni Qvineya dünyada ən çox vulkan və zəlzələlərin baş verdiyi ərazilərdəndir.

Lalə Salmanova