Məzmuna keç

Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir

Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Həmkarlar ittifaqları aprelin 6-da növbəti tətilə hazırlaşır.

Aksiyaların ən mühüm icraçısı olan Fransa Ümumi Biznes Konfederasiyası aprelin 13-dən Parisdə kommunal təsərrüfat idarəsi işçiləri üçün müddətsiz tətil elan edib.

Konfederasiya həmçinin təmizlik işçilərini aprelin 6-da keçiriləcək böyük tətilə və aksiyaya qoşulmağa çağırıb.

Fransa Konstitusiya Şurası pensiya islahatlarına qarşı etirazla bağlı iclas keçirəcək. Şura qanun layihəsini təsdiqləsə, ölkə daxilində xaosun yaşanacağı gözlənilir.

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahat yanvarda təqdim edilib. Layihə etirazlara səbəb olub.

Eltac Nurullazadə