Son sutkada Rusiya Silahlı Qüvvələri Ukraynada 550 hərbçisini itirib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 176 240 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyanın müharibədəki itkiləri 3 629 tank, 7 005 zirehli maşın, 2 283 operativ-taktiki PUA, 532 reaktiv yaylım atəşi sistemi, 2 707 artilleriya sistemi, 280 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 5 573 avtomobil və tanker, 299 xüsusi texnika, 911 qanadlı raketdən ibarətdir.
Lalə Salmanova
