İspaniya altı "Leopard 2A4" tankının Ukraynaya göndərilməsini təxirə salır.
E-huquq.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda bildirilib ki, tanklar yenidən təchiz edilməli və döyüş hazırlığı yoxlanılmalıdır.
"Tanklar aprelin ikinci yarısında Ukraynaya yola düşəcək. Döyüş maşınları 1990-cı illərdən istifadə olunmur, ona görə də onların yenidən təchiz edilməsinə, eləcə də döyüşə hazırlığının yoxlanılmasına ehtiyac var", – nəşr yazır.
Qeyd edək ki, tankarın aprelin 9-dan sonra Ukraynaya göndəriləcəyi gözlənilirdi. Madrid ümumilikdə Kiyevə 10 tank göndərəcəyini vəd edib.
Lalə Salmanova
