Türkiyənin Adana şəhərində avtomobilin üzərinə qaya parçası düşüb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Saimbəyli rayonunda baş verib.
Məlumata görə, avtomobildə olan 4 müəllim həyatını itirib.
Müəllimlər dərsdən sonra yaşadıqları Feke rayonuna qayıdırmış.
Türkiyənin milli təhsil naziri Mahmut Özer həlak olan müəllimlərin ailələrinə başsağlığı verib.
Lalə Salmanova
