Məzmuna keç

İstanbulda beşmərtəbəli bina çökdü

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda tarixi bina çöküb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 5 mərtəbəli binada bu gün səhər saatlarında çökmə baş verib.

Əraziyə polis və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub. Binanın ətrafı təxliyə olunub, lazımı təhlükəsizlik tədbirləri həyata keçirilib.

Səhər saatlarında qismən çökən bina ilk çökmədən təxminən 9 saat sonra tamamilə dağılıb. Binanın dağıntıları küçə və tramvay yoluna düşüb, ətrafda isə sıx toz buludu əmələ gəlib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Lalə Salmanova