Məzmuna keç

Meksikada təyyarə qəzaya uğradı

Meksikanın Mazatlan şəhərində kiçik təyyarə dənizə düşüb.

E-huquq.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Pilot təyyarənin mühərrikində yaranan nasazlıq nəticəsində təcili eniş etməyə cəhd edib, lakin idarəetməni itirərək dənizə düşüb.

Əraziyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.