Məzmuna keç

Türkiyədə zəncirvari yol qəza: 12 hərbçi yaralandı –

Türkiyənin Eskişehir şəhərində zərcirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, sərnişin avtobusu, hərbi maşın və pikapın iştirakı ilə baş verən qəzada 14 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım və xilasedicilər cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır.

Xəsarət alanlardan 12-nin hərbçi olduğu bildirilir.

Lalə Salmanova