Məzmuna keç

Türkiyədə 2 vəkil yol qəzasında həlak olub

Türkiyədənin Qaziantep şəhərində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Qaziantep-Kilis avtomobil yolunda baş verib.

Belə ki, sürücünün idarəetəni itirməsi nəticəsində avtomobil beton arakəsməyə çırpılıb. çırpılıb. Bu vaxt eyni istiqamətdə hərəkət edən avtomobil də həmin maşınına çırpılıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən ikisinin Emre Özmen və Doğukan Küpeli vəkil olub.

Faktla bağlı araşdrıma aparılır.

Lalə Salmanova