Türkiyənin zəlzələ bölgəsində güclü leysan olacaq.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, Osmaniye, Qaziantep, Kilis, Adıyaman, Elazığ, Diyarbəkir, Kahramanmaraş, Şanlıurfa, Hatay və Malatyada güclü leysan və fırtına gözlənilir.
Sabah günorta saatlarında bölgənin qərbində, gecə saatlarında isə şərq hissəsində hava nisbətən mülayimləşəcək.
İdarə hava şəraiti ilə bağlı əhalini ehtiyyatlı olmağa çağırıb.
Lalə Salmanova
