Məzmuna keç

Türkiyədə terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 9 vəkil saxlanıldı

Türkiyənin 7 vilayətində FETÖ, YPG terror təşkilatlarına qarşı əməliyyat keçirilib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar İstanbul, Bingöl, İzmir, Ankara, Kayseri, Bursa, Biləcik şəhərlərini əhatə edib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 9 vəkil saxlanılıb.

Lalə Salmanova