Məzmuna keç

Diyarbəkirdə zəlzələdən zərərçəkənlər konteyner şəhərciyinə yerləşdiriləcək

Türkiyədə Diyarbəkir şəhərində zəlzələdən zərərçəkənlər bu həftə konteyner şəhərciyinə yerləşdiriləcək.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 55 min kvadratmetr sahədə inşa edilən konteyner şəhərciyi artıq tamamlanmaq üzrədir.

İçərisində uşaq oyun meydançası, səhiyyə müəssisəsi, bazar, məscid, camaşırxana, basketbol meydançası yer alan ərazidə 621 konteyner ev salınıb.

Lalə Salmanova