"Rus işğalçıları Xarkov vilayətinin sərhəd rayonlarını atəşə tutub, nəticədə iki dinc sakin yaralanıb".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında məlumat verib.
"Düşmən Xarkov vilayətinin cəbhəyanı ərazilərinin dinc əhalisinə qarşı terroru davam etdirir. Bu gün rus işğalçıları Kupyanski rayonunun Dvureçnaya kəndini atəşə tutublar. İlkin məlumata görə, 40 yaşlı kişi və 30 yaşlı qadın xəsarət alıb. Hər ikisinin vəziyyəti ağırdır", – o bildirib.
Lalə Salmanova
