"Əsir düşən ukraynalı hərbçinin rus əsgərləri tərəfindən vəhşicəsinə edam edilməsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət olunub".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyindən bildirilib.
"Rusiya ordusu Ukraynada dəhşətli hərbi cinayətlər törətməkdə davam edir. Aprelin 11-də rus hərbçilərinin ukraynalı məhbusu edam etdiyi videonun ortaya çıxması bizi məəttəl qoydu. Kamera qarşısında poza verən rus cəlladları bir nəfərin həyatına son qoyub”, – nazirliyin məlumatında qeyd olunub.
Həmçinin qeyd olunub ki, bu, rus hərbçilərinin ukraynalı məhbuslarla açıq-aşkar qeyri-insani rəftarı ilə bağlı ilk hadisəsi deyil: "Buça, İrpen, Qostomel, Borodyanka, Mariupol və Ukraynanın digər şəhər və kəndlərində minlərlə belə hadisələr baş verib".
Lalə Salmanova
