Türkiyənin Diyarbəkir vilayətində zəlzələ nəticəsində dağılmış binalara görə daha 1nəfər həsb olunub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının apardığı istintaq tədbirləri nəticəsində 89 nəfərin həyatını itirdiyi və "Galeria Biznes Mərkəzi"nin də yerləşdiyi binanın podratçısı Sedat Eser Ankarada saxlanılıb.
Onun barəsində “birdən çox adamı öldürmək və yaralamaq” ittihamı irəli sürülərək həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində dağılmış binalarla bağlı araşdırmalar davam edir. İndiyədək dağılan binalara görə 330-dan çox şəxs həbs edilib.
Lalə Salmanova
