"Ukrayna Silahlı Qüvvələrinin əks-hücumla bağlı bir neçə variantı var".
E-huquq.az "Obozrevatel" nəşrinəmistinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin generalı Nikolay Malomuzj deyib.
Onun sözlərinə görə, indi Qərbin bütün qüvvə və vasitələri Ukraynanı dəstəkləməyə yönələcək.
"Ukraynanın cəbhənin müəyyən istiqamətlərində irəliləməsi və rus işğalçılarına güclü zərbələr endirməsi onların qaçmasına səbəb olar. Bu, ölkənin cənubundakı hazırda işğal olunmuş ərazilərə aiddir. Bunun fonunda Ukrayna ordusu artıq bütöv rayonları və Zaporojye, Xerson vilayətlərini və Qərbi Krıma qədər əraziləri azad edir. Bu, birinci formatdır. İkinci variant isə Donbassda ruslara qarşı hücumlar və onların oradan qovulmasıdır. İkinci format, şərqdə həm arxadan, həm də öndən əks-hücumdur ki, bu da Xarkov istiqamətində olduğu kimi rusları məğlub etməyə və irəliləməyə imkan verəcək", – deyə ekspert qeyd edib.
Lalə Salmanova
