Fransada Marsel şəhərində binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Marsel Prokurorluğu dağıntılar altında qalan son 2 nəfərin cəsədinin də çıxarıldığını bildirib.
Ölənlərin şəxsiyyəti artıq müəyyənləşib.
Qeyd edək ki, hadisə aprelin 8-dən 9-na keçən gecə baş verib. 5 mərtəbəli bina partlayışdan sonra uçub.
Təhlükəsizlik məqsədilə ətrafdakı binalardan 200-ə yaxın insan təxliyə edilib.
Hadisə ilə bağlı araşdırma aparılır. Rəsmilər partlayışın qaz sızması nəticəsində baş verdiyini ehtimal edirlər.
Lalə Salmanova
