Məzmuna keç

Nigeriyada yaraqlıların kəndə hücumu nəticəsində azı 9 nəfər ölüb

Nigeriya da bir qrup silahlı dəstə Kaduna əyalətinin Zanqon və Kataf bölgələrinə hücum edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə 9 nəfər həyatını itirib.

Daha 3 nəfərin isə yaralandığı bildirilir.

Məlumata görə, hadisə baş verən ərazidə vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, keçən ay Zanqon bölgəsinə hücum nəticəsində 15 nəfər həyatını itirmişdi.

Eltac Nurullazadə