Türkiyənin Qars şəhərində öümlə nəticələnən yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Qars-Ani avtomobil yolunda iki nəqliyyat vasitəsi toqquşub.
Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Lalə Salmanova
