Türkiyənin Kırklareli vilayətində yaşayış binasında yanğın olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 4 mərtəbəli binanın zirzəmisində baş verən yanğın səbəbindən 15 nəfər təxliyə edilib.
Hadisə yerinə polis və yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğın qısa müddət ərzində söndürülüb.
Hadisənin səbəbi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
