Türkiyənin Ədirnə, Kırklareli və Çanaqqala vilayətlərində güclü leysan olacaq.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsindən xəbərdarlıq edilib.
Bildirilib ki, sabah günorta saatlarından etibarən sözügedən vilayətlərdə güclü şimşək çaxacağı, leysan olacağı gözlənilir.
Yağış səbəbiylə baş verə biləcək sel, daşqın, ildırım, nəqliyyatın hərəkətində çətinliklər kimi hallara qarşı ehtiyyatlı olmaq xahiş olunub.
Şəbnəm Mehdizadə
