Məzmuna keç

Putin Xerson və Luqansk vilayətlərinə səfər edib

Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətlərinə səfər edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin Xersonda “Dnepr” döyüş qrupunun qərargahını ziyarət edib. Burada ona mövcud vəziyyətlə bağlı məlumat verilib.

Daha sonra Rusiya prezidenti Luqansk vilayətindəki “Vostok” döyüş qrupunun qərargahına baş çəkib, buradakı vəziyyətlə maraqlanıb.

Qeyd edək ki, 2022-ci il sentyabrın 30-da Kreml sarayında keçirilən mərasimdə Rusiya prezidenti Vladimir Putinin imzaladığı sənədlərlə Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.

Şəbnəm Mehdizadə