Məzmuna keç

İstanbulda avtomobilə silahlı hücum edildi, ölənlər və yaralılar var –

Türkiyənin İstanbul şəhərində minik avtomobilinə silahlı basqın edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Daha 2 nəfərin isə yaralandığı bildirilir.

Əraziyə dərhal polis və təcili tibbi yardım briqadası göndərilib.

Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Daha sonra hücumun baş verdiyi avtomobil evakuatorun köməyi ilə hadisə yerindənaparılıb.

Faktla bağlı araşdırma başlanılıb. Hadiəsni törətməkdə şübhəli bilinən şəxslərin saxlanlması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Şəbnəm Mehdizadə