"Rusiya silahlılarının bu gün səhər saatlarında Xersonun mərkəzini atəşə tutması nəticəsində bir nəfər ölüb".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin deyib.
Onun sözlərinə görə hücum nəticəsində daha 7 nəfər yaralanıb.
Bildirilib ki, son sutka ərzində işğalçılar minaatan, aviasiya, PUA-lar, reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından istifadə etməklə Xerson vilayətində 57 hücum həyata keçirib.
Xersonun müvəqqəti işğal olunmuş ərazisindən qaçan düşmən xeyli ərazini minalayıb.Ötən gün Berislav vilayətində traktor sürücüsü minaya düşüb.
Britaniya kəşfiyyatı xəbərdarlıq edib ki, yazın gəlişi ilə mülki əhalisinin minaya düşmək riski artır. Çünki işğaldan azad edilmiş ərazilərdə və cəbhəyanı ərazilərdə kənd təsərrüfatı işlərinə başlanacaq.
Şəbnəm Mehdizadə
