Türkiyənin Çorum vilayətində iki yeniyetmənin mübahisəsi qanla nəticələnib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 15 yaşlı iki yeniyetmə aralarında yaranmış mübahisə zəmnində bir-birilərinə bıçaqla xəsarət yetiriblər.
Hadisə yerinə polis və təcili yardım qrupları cəlb olunub. Hər iki şəxs xəstəxanaya çatıdırlıb.
Mübahisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
