Məzmuna keç

Türkiyədə avtobus aşdı: 3 nəfər öldü 31 nəfər yaralandı

Türkiyənin Eskişehir vilayətində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə İnönü-Bozüyük yolunun 7-ci kilometrliyində qeydə alınıb. Belə ki, sükan arxasındakı sürücü Zafer Bozdemir idarəetməni itirərək avtobusu aşırıb.

Hadisə nəticəsində 3 nəfər həlak olub, 31 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Məlumata görə, avtobusdakı sərnişinlər İnönüdəki fabrikin işçiləri olub.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə