Məzmuna keç

İqor Romanenko Ukraynanın əks-hücum əməliyyatı üçün şərtləri açıqladı

"Ukrayna ordusunun əks-hücum əməliyyatına başlaması üçün bütün lazımi şərait, o cümlədən hava şəraiti əlverişli olmalıdır".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “Obozrevatel”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri yazın sonuna kimi Krıma daxil olacaq: "Döyüşçülərimizin 1 ay yarım vaxtı var və bu müddət ərzində onlar əks-hücum əməliyyatlarına hazırlaşacaqlar".

Romanenko bildirib ki, əks-hücum üçün əlverişli hava şəraitini gözləmək lazımdır: “Beləliklə, havanın istiləşməsi üçün bir neçə həftə, yolların quruması üçün isə daha bir neçə həftə lazımdır ki, onlar NATO-nun 70 ton və ya daha çox çəkisi olan ağır baza tanklarını idarə edə bilsinlər”.

Romanenko, həmçinin qeyd edib ki, bu 1,5 ay ərzində şərqdə müdafiə əməliyyatını başa çatdırmaq, rusların irəliləməsini dayandırmaq, onların canlı qüvvə və texnikada sarsıdıcı itkilər verməsi lazımdır.

Şəbnəm Mehdizadə