Məzmuna keç

BMT: “Qərbi Afrikada 48 milyon insan aclıq astanasındadır”

Qərbi və Mərkəzi Afrikada 48 milyon insan qarşıdakı aylarda kəskin qida çatışmazlığı ilə üzləşəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib.

Açıqlamada təhlükəsizlik problemləri, yüksək temperatur, nizamsız yağışlar və COVID-19 epidemiyası səbəbindən ərzaq qiymətlərinin son 10 ildə ən yüksək həddə çatdığı bildirilib.

Həmçinin Ukraynadakı müharibənin dünyanın yoxsul bölgələrində qida və gübrə qıtlığına səbəb olduğuna diqqət çəkilib.

“BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP), Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Uşaq Fondunun (UNICEF) təqdim etdiyi regional ərzaq təhlükəsizliyi təhlilinə əsasən, təhlükəsiz qidaya müntəzəm çıxışı olmayan insanların sayı iyun-avqust aylarında 48 milyona çatacağı təxmin edilir”, – deyə qeyd olunub.

Şəbnəm Mehdizadə