Məzmuna keç

Mersində mebel fabrikində yanğında 4 nəfər ölüb –

Türkiyənin Mersin şəhərində mebel fabrikində yanğın hadisəsi baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, yanğınsöndürənlər yanğnı söndürməyə çalışarkən fabrikin tavanı çöküb.

Hadisə nəticəsində biri yanğınsöndürən olmaqla, 4 nəfər həyatını itirib.

İşçilərdən birinin cəsədinin axtarışı davam edir.

Hadisə yerində Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Mersin Böyükşəhər Bələdiyyəsi və Akdəniz Bələdiyyəsinin əməkdaşları çalışır.

Şəbnəm Mehdizadə