Məzmuna keç

Yük maşını minik avtomobili ilə toqquşdu, bir ailənin 4 üzvü həlak oldu –

Türkiyənin Bolu şəhərində yol qəzasında 1 ailənin 4 üzvü həlak olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Anadolu magistralının Cankurtaran Havullu kəndi ərazisində baş verib.

Ankara istiqamətində hərəkət edən yük maşını qarşıdan gələn minik avtomobili ilə toqquşub və maşın alovlanıb.

Avtomobildə olan sürücü, həyat yoldaşı və 2 övladı hadisə yerində ölüb. Ailənin bir üzvü isə yaralanıb.

Yük maşınının sürücü və maşında olan digər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya aparlıb.

Faktla bağlı araşdırma başlanılıb.

Şəbnəm Mehdizadə